Ru
13:45 / 23 Oktyabr 2025

Yol bağlandı - Avtomobildə doğulan körpə öldü

Yol bağlandı - Avtomobildə doğulan körpə öldü
Eye

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə doğuş “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar