Ru
09:40 / 28 Fevral 2026

Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO

Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO
Eye

Bakıda bəzi məhsulların satışı həyata keçirilən köşklər son zamanlar ya bağlı olur, ya da sökülüb başqa yerə aparılır. Səbəb isə yollarda edilən bəzi dəyişikliklərdir.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, alver 2-3 dəfə azalıb. Ziyana işlədiyini görən şəxslər isə obyekti bağlamağı seçiblər.


Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, mümkün yerlərdə vətəndaşların və biznes subyektlərinin istəkləri nəzərə alınaraq xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinlərinə qısamüddətli minib-düşmək üçün şərait yaradılıb.


Bu günə qədər ümumilikdə 16 küçə və prospektdə 27 məntəqədə minib-düşmə yeri təşkil edilib və təhlillərin nəticəsinə uyğun olaraq proses davam etdirilir. Minik avtomobilləri ətrafda yaradılan parklanma yerləri, kəsişən, birləşən küçələrdəki münasib yerlərdə nəqliyyat vasitlərini saxlaya bilərlər.

Qeyd edək ki, sözügedən köşklərin yerləri dəyişilə biləndir. Bu səbəbdən həmin obyektlər nəqliyyata mane olmayan yerlərdə quraşdırıla bilər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar