Ru
23:53 / 21 Sentyabr 2019

Yük maşını 10 yaşlı piyadanı vurdu

Yük maşını 10 yaşlı piyadanı vurdu
Eye

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost-un
"Report"a istinadla məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 2009-cu il təvəllüdlü Canıyev Famil Rövşən oğlu yolu keçərkən onu "Qazel" markalı yük avtomobili vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. F.Canıyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasia şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar