Ru
13:53 / 24 Dekabr 2025

Yusif Səmədoğlu haqqında film nümayiş olunacaq

Yusif Səmədoğlu haqqında film nümayiş olunacaq
Eye

Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlu haqqında sənədli film çəkilib.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a filmin rejissoru, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski məlumat verib.

"Filmin çəkilişləri artıq başa çatıb, təqdimat mart ayında nəzərdə tutulur. Filmdə “Qətl günü” romanından parçaları Əməkdar artist Sabir Məmmədov səsləndirib. Fikrimcə, “Qətl günü” Azərbaycan ədəbiyyatının ən güclü romanlardan biridir, hətta bu əsər əmim İsmayıl Şıxlının “Dəli Kür” romanından da üstündür. Filmin çəkilişlər Səməd Vurğunun ev muzeyində aparılıb", - rejissor əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar