Ru
16:20 / 24 May 2024

Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələri açıqlandı

Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələri açıqlandı
Eye

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb.

AQTA-dan Bakupost.az -a verilən məlumata görə, laboratoriyanın yekun sınaq protokoluna əsasən, müayinəsi aparılan bişmiş toyuq əti dönəri, qida ilə təmasda olan alət və səthlərin yaxma nümunələrində (Staphylococcus aureus, Clostridium perfringens, B.cereus və E.coli) bakteriyalar aşkarlanıb.


Qeyd olunub ki, hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar