Ru
12:45 / 06 Aprel 2026

Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır

Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır
Eye

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə Bakupost.az-a Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə isə meninqoensofalit ( beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, biri ölüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar