Ru
14:06 / 06 Aprel 2026

Universitetlər onlayn tədrisə keçir?

Universitetlər onlayn tədrisə keçir?
Eye

Son günlər müşahidə olunan dəyişkən hava şəraiti təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Məktəblərdə şagirdlərin davamiyyətində azalma qeydə alınıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, eyni vəziyyətin ali təhsil müəssisələrində də müşahidə olunduğu bildirilir. Hətta bəzi universitetlərdə dərslərin müvəqqəti olaraq onlayn formata keçirildiyinə dair iddialar səsləndirilir.

Bəs bu iddialar nə dərəcədə doğrudur?

Məsələni aydınlaşdırmaq üçün universitetlər arasında sorğu keçirdik.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, tədris ənənəvi qaydada davam edir və tələbələrin davamiyyətində ciddi problem yoxdur.

Azərbaycan Dillər Universitetindən qeyd olunub ki, tədris prosesi ənənəvi formada davam edir, hər hansı dəyişiklik qeydə alınmayıb.

Azərbaycan Dövlət İqtisad Universitetindən isə sorğumuza cavab olaraq bildirilib ki, dərslər ənənəvi qaydada keçirilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti və Bakı Qızlar Universitetindən sorğumuza cavab olaraq qeyd olunub ki, tədris ənənəvi qaydada davam edir. İstisna hal kimi, bəzi subasmış ərazilərdən gələn tələbələrin davamiyyəti anlayışla qarşılanır, gecikmə halları nəzərə alınır.

Yalnız Xəzər Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar dərslər müvəqqəti olaraq onlayn formata keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar