Ru
12:41 / 08 Aprel 2026

Xameneinin müşaviri: Maraqlarımız təmin olunanadək əlimiz tətikdədir

Xameneinin müşaviri: Maraqlarımız təmin olunanadək əlimiz tətikdədir
Eye

İran Silahlı Qüvvələri ölkənin müdafiəsinə hazırdır.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezayi deyib.

“Silahlı Qüvvələr ölkənin milli maraqlarının təmin olunmasına tam əmin olana qədər əlləri tətikdədir”, - o bildirib.

Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Bu qərar Pakistan Baş naziri Şahbaz Şərifin təklifinə cavab olaraq və İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olması şərti ilə verilib. Şərif bütün mübahisələrin həlli üçün yekun razılığa gəlmək məqsədilə İran və ABŞ nümayəndə heyətlərini aprelin 10-da İslamabadda danışıqlara dəvət edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar