Yazıçı İlham Əzizin “Qəvvas” adlı ilk romanının təqdimat mərasimi keçiriləcək.
Bakupost.az xəbər verir ki, həm təqdimat, həm də imza mərasimi aprelin 11-də saat 16:00-da LIBRAFF mağazalar şəbəkəsinin “Park Akademiya” filialında baş tutacaq.
Qeyd edək ki, “Qəvvas” romanı insanın bəlalar içərisində saflaşaraq yenidən doğulması, özünü tapması mövzusundan bəhs edir.