Ru
13:35 / 08 Aprel 2026

Atəşkəsdən sonra qızıl və gümüş kəskin bahalaşdı

Atəşkəsdən sonra qızıl və gümüş kəskin bahalaşdı
Eye

Yaxın Şərqdə gərginliyin azalması və İran ilə Amerika Birləşmiş Ştatları arasında atəşkəs elan olunmasından sonra dünya bazarlarında qızılın qiyməti yenidən artıb.

Bakupost.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı tam açılacağı halda İranla iki həftəlik qarşılıqlı atəşkəs qüvvədə olacaq.

Bu xəbərlərdən sonra qızılın qiyməti 3 faizdən çox artaraq təxminən 4850 dollara çatıb. Qızılın bahalaşması ilə yanaşı, gümüşün qiymətində də artım qeydə alınıb və 5 faizdən çox yüksələrək 77 dolları keçib.

Kriptovalyuta bazarında da artım müşahidə olunub. Bitkoin son 24 saatda təxminən 4,5 faiz bahalaşaraq 71 min dolları keçib. Eteryum isə 6 faizdən çox artaraq 2230 dollar səviyyəsinə yüksəlib.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar