Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyli miqdarda törədildikdə cinayət predmetinin dəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə tutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalında dəyişir. Yəni, yeni dəyişikliklər ilə fiks cərimə mexanizmdən faiz meyarına keçidi reallaşdırır.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, bu məsələdə üzrə konkret cərimə məbləğlərinin minimum hədlərinin müəyyənləşdirilməsini təklif edib.
"Bu zaman dövlət vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə cərimələrin minimum məbləği müəyyənləşə bilər.
Bu baxımdan təklif edirəm ki, müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun:
“Dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə minimum əmək haqqının bəlli mislindən az olmamaq şərti ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum edilsin”. Burada minimum əmək haqqı misli ilə bağlı konkret rəqəm qanunverici dəyişiklik təşəbbüsü ilə çıxış edən qurum tərəfindən müyyənləşdirilə bilər".