Ru
11:46 / 10 Aprel 2026

Azərbaycan və bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar

Azərbaycan və bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar
Eye

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.

Bakupost.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sazişə əsasən iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.

Qeyd olunur ki, sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir.

Sənədə əsasən, tərəflər səlahiyyətli qurumları tərəfindən öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrinin qarşılıqlı olaraq tanıyırlar. Sazişin müddəaları sürücülük vəsiqələrinin ixtisas imtahanından keçmədən dəyişdirmək hüququnun həyata keçirilməsi, ərizə ilə müraciət qaydaları, müəyyən edilmiş daxili rüsumların ödənilməsi, sürücülük vəsiqələrinin ekvivalentliyi, nümunələrinin mübadiləsi, bunun üçün səlahiyyətli qurumların müəyyən edilməsi, zəruri məlumatların ötürülməsi, fikir ayrılıqlarının həllini və sair məsələləri tənzimləyir.

Layihə müzakirə olunduqdan sonra bir oxunuşda qəbul olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar