Ru
12:48 / 10 Aprel 2026

Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır

Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır
Eye

Əməkdar artist Vasif Məhərrəmli zövqlü və zövqsüz geyimlərdən danışıb.

Bakupost.az xəbər verir ki, müğənni "Öz aramızda" proqramında insanların geyimdə çox rəngdən istifadə etməsini anormal adlandırıb:

"Bir adamın əynində üçdən artıq rəng varsa bu artıq problemdir. Bu onun zövqsüzlüyündən xəbər verir. Sonra çıxdı ki, rəngli paltarlar: biri yaşıl, biri sarı geyindi, üstündən qırmızı taxdı, bu tərəfdən bənövşəyi tulladı. Bunu onların zövqünə buraxıram.

Ola bilər ki, böyük brend rəngli geyim buraxsın. Amma elə deyil. Bir insanın əynində 3 rəngdən artıq rəng varsa anormaldır. Bunu böyük bilicilər deyir. Mən də kimdənsə öyrənirəm".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar