İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı şəxsən özü verib.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim İlahi deyib.
O bildirib ki, Ali Rəhbərdə hər şey qaydasındadır, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmilərlə - prezident və parlament üzvləri ilə görüşlər keçirir. Atəşkəslə bağlı qərar ona məxsusdur.