Ru
14:27 / 10 Aprel 2026

Sumqayıtda unudulmaz muğam gecəsi - FOTOLAR

Sumqayıtda unudulmaz muğam gecəsi  - FOTOLAR
Eye

Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində möhtəşəm muğam axşamı keçirilib.

Bakupost.az xəbər verir ki, Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbiri izləyənlər arasında şəhərin icra başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər də olub.

Səhnəyə çıxan ifaçılar , Nisbət Sədrayeva, Rəvan Qaçayev, Ayşən Mehdiyeva, Aytac Baybalayeva, Murad Laçın, Gülnar Qüdrətli, Məftun Səfərov və Xəyal Hüseynov öz yüksək səviyyəli ifaları ilə tamaşaçıların rəğbətini qazanıblar.

Onların ifasında səslənən muğam parçaları milli musiqimizin dərinliyini, emosional zənginliyini və bədii gücünü bir daha nümayiş etdirib.

İfaçıları peşəkar musiqiçilər Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Röya Hacıyeva (kanon), Rəfael Əsgərov (balaban), Əhməd Əhmədov (qarmon), Səfərəli Məhəmmədəliyev (piano), Siyavuş Kərimov (nağara), Səyyar Teymurov (bəm nağara) müşayiət edib.

Tədbirin sonunda bildirilib ki, Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzi bundan sonra da aktiv fəaliyyət göstərəcək, mütəmadi olaraq müxtəlif mədəni tədbirlərə ev sahibliyi edəcək və şəhərin mədəni həyatına mühüm töhfələr verməyə davam edəcək.

Bildirilib ki, 12 aprel tarixində mərkəzdə uşaqlar üçün 2 seanslı 11:30 və 13:30 saatlarında “Qaraca qız” kukla teatrı tamaşası təşkil olunacaq, 24 aprel tarixində isə tanınmış müğənni Elton Hüseynəliyevin konserti baş tutacaqdır.

Qeyd edək ki, Sumqayıt Bulvarında yerləşən bu mədəniyyət ocağı müasir memarlıq üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni həyatında xüsusi yer tutur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar