İsrailin Baş naziri Benyamin Netanyahu Livandakı əməliyyatların davam edəcəyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, o, İsrailin Livanda atəşkəs elan etməyəcəyini və Hizbullaha qarşı hücumlar davam edəcəyəni bildirib.
Onun sözlərinə görə, İsrail Hizbullahın silahsızlaşdırılması üçün Livanla birbaşa danışıqlara başlamağı planlaşdırır. Son hücumlarda Livan üzrə ölənlərin sayı 300-ü, yaralıların sayı isə 1150-ni keçib. Buna cavab olaraq Hizbullah da İsrailin şimal bölgələrinə raket hücumları etdiyini açıqlayıb.
Onu da bildirək ki, İran ABŞ ilə atəşkəs danışıqlarında Livana hücumun dayandırılmasını əsas şərtlərdən biri kimi qoyub.
Röya Rizvanzadə, BakuPost