Ru
10:45 / 10 Aprel 2026

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

Ermənistanın Rusiyaya yeganə yolu  BAĞLANDI
Eye

Gürcüstandan Rusiyaya Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, Qudauri-Kobi hissəsində, Mtsxeta-Stepantsminda-Lars yolu üzərində qar uçqunu təhlükəsi səbəbindən hərəkət müvəqqəti olaraq qadağan edilib.

Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı (Gürcüstan üzərindən) Rusiya ilə birləşdirən yeganə fəaliyyət göstərən quru marşrutdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar