Pokrovsk istiqamətində gərgin döyüşlər gedir, amma şəhəri nəzarətimizdə saxlayırıq.
Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib.
 
O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün qoşun növlərindən Pokrovsk və qonşu yaşayış məntəqələrinin müdafiəsinə hərbçilər cəlb olunub: "Rusiya ordusunun bütün hücumlarının qarşısı uğurla alınır. Hazırda vəziyyət bundan ibarətdir".
Qeyd edək ki, son günlər Rusiya ordusu əsas hücumlarını Donetsk vilayəti, Ukraynanın strateji şəhərlərindən olan Pokrovsk istiqamətinə yönəldib.