Ru
22:41 / 14 Oktyabr 2025

Zelenski müdafiə ilə bağlı "ciddi xəbər"i AÇIQLADI

Zelenski müdafiə ilə bağlı "ciddi xəbər"i AÇIQLADI
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski bir Avropa ölkəsi ilə gələn həftə elan ediləcək yeni müdafiə sazişini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə onun "Telegram" kanalında məlumat verilib.

O, Ukraynanın xarici işlər naziri Andrey Sibihanın Avropa istiqamətində qarşıda duran vəzifələr, prezident aparatının diplomatlarının isə müdafiə məsələləri üzrə danışıqların vəziyyəti barədə məlumat verdiyini bildirib.

"Ukrayna Prezidentinin ofisinin diplomatları, həmçinin ölkələrdən biri ilə müdafiə müqavilələrimiz haqqında məlumat verdilər. Biz Avropadakı tərəfdaşlarımızdan biri ilə gələn həftə üçün böyük bir elan hazırlayırıq", - Zelenski bildirib.

Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bəyan etmişdi ki, Vaşinqton oktyabrın 15-də Ukraynaya silah tədarükü ilə bağlı böyük açıqlama verəcək. Uitaker qeyd edib ki, Ukrayna özünü müdafiə etmək üçün lazım olan hər şeyi alacaqsa, müttəfiqlərin kömək etməsinin ən sürətli və ən praktik yolu PURLİS-ə sərmayə qoymaqdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar