Ru
13:11 / 02 Oktyabr 2025

Zelenski Ukraynaya uzaqmənzilli raket tədarükü haqda: Trampın qərarını gözləyirik!

  Zelenski Ukraynaya uzaqmənzilli raket tədarükü haqda: Trampın qərarını gözləyirik!
Eye

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Ukraynanı uzaqmənzilli silahlarla təmin etmək imkanını müzakirə etdiyini açıqlayıb. O bildirib ki, hər şey Ağ Ev rəhbərinin şəxsi qərarından asılıdır.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, Zelenski bu barədə Kopenhagendə Avropa Siyasi Birliyinin iclası başlamazdan əvvəl jurnalistlərlə söhbətində danışıb.

Ona ABŞ mətbuatında bu ölkənin Ukraynaya uzaqmənzilli silahlar üçün kəşfiyyat məlumatları verə biləcəyi ilə bağlı yayılan məlumatlarla bağlı sual verilib.

"Biz ABŞ ilə danışdıq. Bu dialoqa görə prezident Trampa çox minnətdarıq. Keçən dəfə çox yaxşı görüşümüz, çox məhsuldar dialoqumuz oldu və biz uzaqmənzilli raketlər və uzaqmənzilli silahları müzakirə etdik. Görəcəyik. Hər şey onun qərarından asılıdır. Bu, vacibdir", - Zelenski bildirib.

Qərb mətbuatının yazdığına görə, ABŞ Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməklə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə imkan verəcək kəşfiyyat məlumatları vermək niyyətindədir. Bundan əlavə, ABŞ Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki enerji infrastrukturuna hücum etməsinə etiraz etməyəcək.

Zaur, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar