Ru
08:55 / 21 Noyabr 2019

Zelenskinin təyyarəsində problem yarandı

1193
Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsində texniki nasazlıq yaranıb.

BakuPost bu barədə "İnterfax.ru"ya istinadən xəbər verir.


Məlumata görə, hadisə dövlət başçısının Rusiyadan qayıtmış gəmilərə baxışı zamanı baş verib. Belə ki, Vladimir Zelenskinin təyyarəsinin mühərrikində problem ortaya çıxıb. Ukrayna prezidenti bu səbəbdən Oçakova təyyarə ilə vaxtında uça bilməyib.

Nasazlıq dövlət başçısının bir neçə saat yubanmasına səbəb olub. Problemin aşkarlanmasından bir qədər sonra Zelenski və onun müşayiət edənlər başqa təyyarəyə miniblər.

Dövlət başçısının mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, Oçakov hava limanında həmçinin sentyabrın əvvəllərində azad olunmuş 17 Ukrayna dənizçisi olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər