Ru
16:01 / 20 Dekabr 2025

Zelenskiyə edilən bu hədiyyə REZONANS YARATDI

Zelenskiyə edilən bu hədiyyə REZONANS YARATDI
Eye

Polşa Prezidenti Karol Navrotski Ukrayna lideri Vladimir Zelenskiyə Varşavaya səfəri zamanı iki cildlik "Volın qırğınının sənədləri" kitabını hədiyyə edib.

Bakupost.az xəbər verir ki, Polşa Milli Xatirə İnstitutu tərəfindən nəşr olunmuş kitabın iki cildlik nəşrində Ukrayna millətçiləri tərəfindən polyakların məhv edilməsi ilə bağlı şahid ifadələri yer alır.

Baş nazir Donald Tusk Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Polşa Ukraynanı dəstəkləməyə davam edir, lakin Varşava bəzən bu səylərin həmişə lazımi səviyyədə qiymətləndirilmədiyini hiss edir.

Ukrayna lideri öz növbəsində xüsusi əməliyyatın əvvəlindən bəri Polşaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Ukraynanın 2025-ci ildə qurbanların cəsədlərinin çıxarılması üçün icazə verməsinə baxmayaraq, Volın qırğını ilə bağlı fikir ayrılıqları Kiyev və Varşava arasında gərginliyin əsas səbəbi olaraq qalır.

Xatırladaq ki, Volın qırğını 1942-1943-cü illərdə Qərbi Ukraynada baş verib. Hımin vaxt Ukrayna Millətçiləri Təşkilatının - Ukrayna Üsyançı Ordusunun yerli şöbələri bölgədə yaşayan etnik polyakların kütləvi qətliamını reallaşdırıblar. Müxtəlif hesablamalara görə, Polşa tərəfindən qurbanların sayı 50.000 ilə 100.000 arasında dəyişir. 2016-cı ildə Polşa Seymi bu hadisələri soyqırım kimi qiymətləndirib. 11 iyul tarixini Volın qırğını qurbanlarının xatirə günü kimi təsis edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar