Ru
23:19 / 20 Noyabr 2021

Zəlzələ Ağsuda dağıntılarla nəticələndi - FOTOLAR

Zəlzələ Ağsuda dağıntılarla nəticələndi -  FOTOLAR
Eye

Bu gün baş verən zəlzələ nəticəsində Ağsuda yaşayış evinə ziyan dəyib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, zəlzələ zamanı rayonun Kalva kənd sakini Dilşad Hacıyevaya məxsus ev ucaraq yarasız hala düşüb.

Zərərçəkmişin oğlu Şamil Hacıyev “Report”un yerli bürosuna bildirib ki, evin divarları tamam uçub.

Ev sahibinin sözlərinə görə, 2019-cu ildə ərazidə baş verən zəlzələ zamanı Fövqaladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçirib və yeni evin tikiləcəyi ilə bağlı ev sahibinə məlumat veriblər. Amma bu günə kimi heç bir iş görülməyib.

Qeyd edək ki, 5 otaqdan ibarət evdə 5 nəfər yaşayır, onlardan 2-si uşaqdır. Hazırda ailənin bütün üzvləri qəzalı evin digər 2 otağında yaşamaq məcburiyyətində qalıb. Onlar aidiyyəti qurumlardan kömək gözləyirlər.

Zəlzələ Ağsuda dağıntılarla nəticələndi -  FOTOLAR
Zəlzələ Ağsuda dağıntılarla nəticələndi -  FOTOLAR
Zəlzələ Ağsuda dağıntılarla nəticələndi -  FOTOLAR
Zəlzələ Ağsuda dağıntılarla nəticələndi -  FOTOLAR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar