Ru
18:57 / 10 Sentyabr 2025

Zəngəzur dəhlizinin açılması... - Nazirlik məlumat yaydı

Zəngəzur dəhlizinin açılması... - Nazirlik məlumat yaydı
Eye

Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bu barədə Bakupost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu müzakirələr nazir Rəşad Nəbiyev və ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə keçirilən görüşdə aparılıb.

Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələr arasında nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Orta Dəhlizin potensialının artırılması da nəzərdən keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar