Ru
19:19 / 29 İyul 2026

100 milyonluq işdə yeni adlar: Vəzifəli şəxs həbs edildi

100 milyonluq işdə yeni adlar:  Vəzifəli şəxs həbs edildi
Eye

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərrüfatının inkişafına yönəldiləcəyi bəhanəsi ilə dövlətə məxsus “Aqrarkredit” (Bank Olmayan Kredit Təşkilatı) QSC-dən 100 milyon manatdan artıq kredit götürən şəxslərin cinayət əməlini ifşa etməkdə davam edir.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün həmin iş üzrə daha bir nəfər həbs edilib.

Yaqubov Vüqar Hacı oğlu “Aqrarkredit”də Kreditlərin təşkili və idarə edilməsi departamentinin müdiri işləyib. İttihama görə, o, bir qrup sahibkarla əlbir olaraq 24 milyon manat pul vəsaitini kredit rəsmiləşdirilməsi adı ilə ələ keçirib. Həmin pullar da kənd təsərrüfatı fəaliyyətinə deyil, şəxsi ehtiyaclar və digər məqsədlərə xərclənib.

Vüqar Yaqubova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlətə dəymiş ziyan ödənilmədiyi halda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən şəxsi 10 ildən 14 ilə kimi həbs cəzası gözləyir.

Hazırda bu cinayət işi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində geniş ibtidai istintaq hərəkətləri aparılır. Dövlətə ziyan vurulmasında iştirak edən şəxslərin sayının daha çox olduğu istisna edilmir.

Qeyd edək ki, Vüqar Yaqubovun dələduzluq əməlləri 2019-2025-ci illəri əhatə edir. O, 2025-ci ilə kimi sözügedən qurumda vəzifədə olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar