Ru
19:44 / 29 İyul 2026

Gərginlikdən sonra ilk dəfə Polşaya getdi

Gərginlikdən sonra ilk dəfə Polşaya getdi
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Varşava arasında UPA (Ukrayna Qiyamçı Ordusu) məsələsinə görə münasibətlərin kəskinləşməsindən sonra ilk dəfə Polşaya səfər edib.

Bakupost “Strana” nəşrinə istinadən xəbər verir ki, Ukrayna lideri Polşanın Lyublin şəhərində Baş nazir Donald Tusk ilə görüşəcək.

Səfərin əsas məqsədi ABŞ-yə səfərin, o cümlədən Ağ Ev rəhbəri Donald Trampla aparılan danışıqların yekunlarını müzakirə etməkdir.

Xatırladaq ki, son dövrlər Polşa və Ukrayna arasında münasibətlərin ciddi şəkildə pisləşməsi ilə yaddada qalıb. Polşa Prezidenti Karol Navrotski Ukrayna ordusunun bölmələrindən birinə “UPA Qəhrəmanları” adının verilməsi səbəbindən Zelenskini ölkənin ali mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. Cavab reaksiyası olaraq Ukraynanın üç keçmiş prezidenti – Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko Polşanın dövlət mükafatlarından imtina etmişdilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar