Ru
12:45 / 05 Avqust 2025

11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi

11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi
Eye

Sumqayıt Apellyasiya Məhkəməsində 11 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən hacı Salman Kamiloğlunun barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

Xatırladaq ki, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində baş verib. Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Hacı Salman Kamiloğlu 3 il 9 ay azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar