Ru
21:43 / 05 Avqust 2025

Xameneinin müşavirindən Zəngəzur açıqlaması: İranın cavabı sərt olacaq!

Xameneinin müşavirindən Zəngəzur açıqlaması: İranın cavabı sərt olacaq!
Eye

İranın dini lideri Əli Xameneinin müşavri Əli Əkbər Vilayəti növbəti dəfə Zəngəzur dəhlizinin əleyhinə açıqlama verib.

Bakupost.az xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

“Bir daha qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizi ilə bağlı əvvəlki uğursuz təcrübəni təkrarlamaq istəyən regionda və ya onun hüdudlarından kənardakı istənilən hökumət İranın sərt cavabı ilə üzləşəcək”, - Vilayəti qeyd edib.

E.Həsənli xatırladıb ki, 1981-1997-ci illərdə İranın xarici işlər naziri olmuş Vilayəti az qala hər gün Zəngəzura dəhlizinə qarşı danışır:

“Ancaq ona məhəl qoyan yoxdur. Hazırda rəsmən 38 dövlət vəzifəsi tutan bu məmur özünü öldürürsə də, məsələ bitib, Zəngəzur dəhlizi bu gün-sabah açılır.

Yada salım ki, ötən ay Şeyx Səfiəddin Ərdəbilinin anım mərasimində çıxış edən müşavir azərbaycanlıları İranın keşikçisi adlandırmışdı:

“Azərbaycanlılar Osmanlı və Rusiya işğalçıları qarşısında müqavimət göstərərdilər, Azərbaycan Demokrat Firqəsi məsələsində də azərbaycanlılar müstəmləkəçilərin və onların əlaltılarının planlarını pozaraq İranın parçalanmasının qarşısını aldılar”.

Bu dəfə necə, azərbaycanlılar İranın parçalanmasının qarşısını alarmı? Məncə, cavab birmənalıdır...”

Asena,
BakuPost

Şərhlər
  • Bəhrami

    BakuPost.az, müəllif və digər, xüsusən Siyasi Yazarlarımızdan üzrlə qəti-diqqətə yetirmək istərdim ki, güclü tərəflər hədəf rəqibi ilkin *atmaca*, info-siyasi hüquqi təxribatla elə Frəngİslam İranı kimi, elə AzSSR kimi münaqişəyə cəkir sonra layihəni *separat* mərama yetirirlər? Tehranın aralı Tel-evivlə nə işi? Nədən, SSRİ, ya Böyük müttəfiqimiz RF, ya MDB Qarabağı işğaldan BMTnin ATƏT MQrupundan da tez azərilərin kütləvi deportuna alternativ, qarşılıqlı adekvat münasibətlər naminə operativ həll etmədi? Hələ Yeltsinə işarə ilə B.Klinton dedi ki, Qafqaza RF(Kreml) iddialıdır və lütfən, birlikdə BMT həlli üzrə azərbaycanlıları öz ev-mülk ocaqlarına təhlükəsiz qaytarın-bərpa edin! Azadlıqdan sonrakı hədsiz geniş mükalimə və mülahizələrdə belə boşuna atmacalara haqq-hüquqdan kənar olduğu üçün hər hansı reaksiya kənar replikalar yaradır? Zəngəzur, siyasi şüurla yeni siyasi tarixə Azərbaycanı Türkiyədən, eləcə də Naxçıvanı Azərbaycandan ayırmaq məramlı anti-hüquqi qərar olub? Ərazi Ermənistana aid edilib, digər heç bir kənar dövlətin rəsmi İrəvan əvəzinə hansısa təklifi belə hər hansı siyasi konteksdən kənar, rəsmən İrəvana qarşı aşağılayıcı münasibətdir!?

  • Semed Niknam Cabullu

    İran dəhliz bağlayırsa, Telavib-Tehran hava dəhlizin bağlasın. Burda deyiblər : İt hürər - karvan keçər.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar