Ru
12:16 / 29 Dekabr 2025

Zalujnı Kiyevə qayıdır – Yanvarın əvvəlində səfirin istefası gözlənilir

Zalujnı Kiyevə qayıdır – Yanvarın əvvəlində səfirin istefası gözlənilir
Eye

Ukraynanın Böyük Britaniyadakı səfiri və ölkənin keçmiş Baş qərargah rəisi Valeriy Zalujnı yanvarın əvvəlində diplomatik postunu tərk etməyi planlaşdırır.

Bakupost.az “Radio NV”-yə istinadən xəbər verir ki, bu barədə bir neçə mənbə məlumat yayıb.

Məlumata görə, Zalujnı bir neçə həftə əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskiyə səfir vəzifəsindən istefa etmək istədiyini bildirib. Mənbələr vurğulayır ki, Zalujnı ilə Zelenski arasında baş nazirlikdən prezident aparatının rəhbərliyinə qədər yüksək vəzifələr müzakirə edilsə də, səfir təkliflərə maraq göstərməyib.

Xatırladaq ki. Zalujnı 2024 cü il fevral 8-də Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi postundan azad edilmiş və həmin il mayın 9-da Böyük Britaniyaya səfir təyin olunmuşdu.

Mənbələr bildirir ki, yanvarın 4-5 də Zalujnının istefasını açıqlayacağı gözlənilir. Səfir vəzifəsini tərk etdikdən sonra o, Kiyevə qayıtmağı planlaşdırır. Bu addım onun gələcək siyasi planları ilə bağlı olacaq.

Zalujnı Ukrayna siyasətində nüfuzlu fiqurdur və onun mövqeyi ilə bağlı mediada müxtəlif spekulyasiya və müzakirələr də davam edir. Belə ki, Fransız nəşri “Intelligence Online” oktyabr ayında xəbər vermişdi ki, Valeriy Zalujnı əgər prezidentliyə namizəd göstərilsə, ona dəstək vermələri üçün bir neçə yüksək vəzifəli hərbçi və dövlət məmurundan xahiş edibmiş. Sabiq qərargah rəisi bu iddiaları rəsmi şəkildə təkzib edərkən, “Hər kəs, mənim adımla bağlı hər hansı bir təşkilat vasitəsilə proseslərə qoşulmaq təklifi alarsa, bunu dərhal hüquq-mühafizə orqanlarına bildirməlidir”, – demişdi.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar