ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırır.
Bakuppst.ax xəbər verir ki, Birləşmiş Ştatlar rəhbərinin iş qrafikindən belə bəlli olur.
Dərc olunan proqrama əsasən, Ermənistanın baş nazirinin qəbulu avqustun 8-ə, saat 14:30-a təyin edilib. Vaşinqton vaxtı ilə Azərbaycan rəhbəri ilə danışıqlar saat 15:20-yə təyin edilib.
Həmin gün saat 16:00-da D.Trampın, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin birgə bəyanatı gözlənilir.
İ.Əliyev və N.Paşinyanın Vaşinqtonda Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı memorandumunun imzalayacaqları gözlənilir.