Ru
09:07 / 06 Avqust 2025

Kəlbəcərdə 5 hərbçi minaya DÜŞDÜ

 Kəlbəcərdə 5 hərbçi minaya DÜŞDÜ
Eye

Xəbər verdiyimiz kimi, ötən gün Kəlbəcərin Vəng kəndi ərazisində mina partlayıb.

Bakupost.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə zamanı "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. "Unikal" bildirir ki, bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər.

Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar