Ru
09:35 / 06 Avqust 2025

Vatsapda yeni funksiya

Vatsapda yeni funksiya
Eye

Android üçün vatsapın Beta versiyasında tətbiq istifadəçilərinə qeydiyyatdan keçməmiş şəxslərlə mesaj mübadiləsi aparmağa imkan verəcək “Qonaq söhbətləri” adlı funksiya aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu haqda “WABetaInfo” portalı məlumat yayıb.

Belə ki, yeni çat yaradarkən istifadəçi telefon nömrəsini göstərmədən ünsiyyət variantını seçə biləcək. Tətbiq həmsöhbətə göndərilə bilən unikal bir keçid yaradacaq. Bunun üzərinə klikləməklə, alıcı artıq yaradılmış söhbətlə vatsapın veb versiyasını açacaq.

“Qonaq söhbətləri” çərçivəsində ünsiyyət vaxt məhdudiyyəti olmadan, lakin müəyyən funksional məhdudiyyətlərlə mümkündür: yalnız mətn yazışmaları mövcuddur. Media faylları, sənədlər, stikerlər və GIF animasiyalarının göndərilməsi dəstəklənmir. Eyni zamanda, bütün mesajlar adi söhbətlər kimi ucdan-uca şifrələmə ilə qorunur.

Qeyd olunur ki, həmsöhbət gələcəkdə tətbiqdə qeydiyyatdan keçərsə, qonaq çatını yadda saxlamaq və dialoqu standart formatda davam etdirmək imkanı əldə edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar