Ru
23:50 / 06 Avqust 2025

Zelenski: Rusiya indi atəşkəsə daha çox meyillidir

Zelenski: Rusiya indi atəşkəsə daha çox meyillidir
Eye

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəs əldə etməyə daha çox meyilli olduğunu göstərib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

O, Uitkoffun Moskvaya səfərindən sonra ABŞ Prezidenti Donald Trampla danışdığını xatırladıb:

“Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyillidir. Onlara təzyiqlər işləyir. Amma əsas odur ki, bizi və ya aldatmasınlar”, - Zelenski vurğulayıb.

Həmçinin, prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşlarına ümumi mövqe və ümumi baxışı əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar