Ru
23:18 / 06 Avqust 2025

Bakı-İrəvan razılaşması üçün seçilən tarix - Niyə 8 avqust?

Bakı-İrəvan razılaşması üçün seçilən tarix - Niyə 8 avqust?
Eye

Artıq Trampın bir neçə günlük görüş proqramı açıqlanıb: 8 avqustda 14:30-da (yerli vaxtla) Ermənistan Baş naziri Nikol Paşinyanla, 15:20-də isə Azərbaycan lideri İlham Əliyevlə görüşəcək. 16:00-da üçtərəfli görüş olacaq.

Bakupost.az xəbər verir ki, liderlərin görüşündə Azərbaycanla Ermənistan arasında mühüm sənəd imzalanacağı gözlənilir.

Hələlik, bu sənədin sülh sazişi olacağı haqda ən optimist politoloqlar belə iddia irəli sürmək istəmirlər (Yeganə istisna Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidir). Ehtimal edilir ki, sülh haqqında niyyət protokolu və yaxud ən yaxşı halda çərçivə sazişi imzalana bilər.

Erməni politoloqlar isə ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı sənədin, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın imzalanacağını ehtimal edirlər.

Ən böyük ehtimal da Zəngəzur dəhlizi ilə bağlıdır. Görüşün seçildiyi tarix də bu versiyanı gücləndirir.
8 avqust 2008-ci ilə Rusiya Gürcüstana qarşı müharibəyə başlamışdı və 3 gün ərzində istədiyinə nail olmuşdu. 8 avqustda başlayan savaş faktiki olaraq Rusiyanın Cənubi Qafqazda güc yolu ilə maraqlarını qorumasının simvolu sayılır.

İndi isə elə həmin tarixdə - 8 avqustda Rusiyanın Cənubi Qafqazdakı hegemonluğuna son qoyulur, həm də Ağ Evdə! Dəhlizlə bağlı razılaşma imzalanacağı halda yolun təhlükəsizliyini təmin etməyin ABŞ şirkətinə həvalə ediləcəyi gözlənilir ki, müxtəlif versiyalara görə, bu, ən azı 1000 ABŞ hərbçisinin Ermənistanda yerləşməsi demək olacaq.

Zəngəzur dəhlizinə ABŞ-ın nəzarəti Rusiyanın Cənubi Qafqazda Şərqlə-Qərbi birləşdirəcək yola nəzarəti tam itirməsi deməkdir.

Bu sazişin ardınca Rusiyanın 102-ci bazasının bağlanması gündəmə gələcək...

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar