Ru
23:30 / 06 Avqust 2025

ABŞ əhalisinin 60 faizi "qafqazlı"dır - SƏBƏB

ABŞ əhalisinin 60 faizi "qafqazlı"dır - SƏBƏB
Eye

ABŞ-da rəsmi sənədlərdə ağdərili insanlara "Qafqazlı" (Caucasian) deyilir. Anlayışın kökü 18-ci əsrə gedib çıxır. Alman antropoloq Johann Friedrich Blumenbach insanları beş "irqə" ayırarkən, ən "gözəl və ideal baş formasını" Qafqazda – xüsusilə Gürcüstan, Qazax-Tovuz mahalı, Göyçə-Zəngəzur və Çeçenistan bölgəsində gördüyünü bildirib. Onun fikrincə, avropalıların mənşəyi məhz bu ərazilərdən yayılıb.


Bakupost.az xəbər verir ki, bunu ictimai fəal Orxan Atabəy qeyd edib.

O bildirib ki, ənənəvi ağdərililərə “Caucasian” – yəni “Qafqazlı” adının verilməsi də bundan qaynaqlanır:

"Bu təsnifat bugünə qədər Kanada və ABŞ-ın elmi və hüquqi sənədlərində, rəsmi formalar və statistik hesabatlarda ağdərililər üçün istifadə olunmağa davam edir.

Məsələn, ABŞ-da bir şəhərin demoqrafik göstəriciləri açıqlananda belə yazıla bilər:
60% Qafqazlı (ağ dərili), 20% Black (qara dərili), 10% Native American (qırmızı dərili), 10% Asian (monqoloid)",- ictimai fəal əlavə edib.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar