Ru
21:05 / 06 Avqust 2025

Yaşadığı yeri bəyənmədi, evinə od vurdu, MƏHƏLLƏ YANDI - VİDEO

Yaşadığı yeri bəyənmədi, evinə od vurdu, MƏHƏLLƏ YANDI - VİDEO
Eye

Binə qəsəbəsi südçülük savxozu sakininin öz evinə bilərəkdən od vurması nəticəsində digər qonşuların da evləri alovlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Barometr TV-nin reportajında qeyd olunub.

Bildirilir ki, hadisəni törədən Ənvər adlı şəxs sərxoş vəziyyətdə olub.

Vəziyyətdən şikayətçi olan qonşulardan birinin sözlərinə görə, evini yandıran şəxs əməlini yaşadığı yeri bəyənməməsi ilə əlaqələndirib:

“Deyib ki, 200 minlik evimi satıb, 20 minlik evi alıb, məni bura qoyublar. Bu evdən xoşum gəlmir, yandırıram. Dəmir qapını da içəridən bağlayıb. Oğlumgil daş baltası ilə qapını sındırıb, kişi çölə çıxarıblar. Onu evindən çıxarınca yanğın bizim evə də keçdi. Evdə 2 körpə nəvəm vardı, uşaqları götürüb, evdən güclə çıxdıq”.

Digər zərərçəkən qonşunun sözlərinə görə, bacısı da hadisə yerinə gəlib, qardaşının yandırdığı ilk belə ev olmadığını bildirib:

“Bacısı dünən gəlib dedi ki, biz bir köpük də ödəməyəcəyik. Gedin, şikayət edin, dövlət baxacaq, pulunu da dövlət ödəyəcək”.

Ətraflı videoda:

Asena,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar