Ru
09:25 / 06 Avqust 2025

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
Eye

Məşhur amerikalı aktrisa Kelli Mak 33 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, mərkəzi sinir sisteminin glioması ilə uzun müddət mübarizə aparan aktrisa Ohayo ştatının Çinçinnati şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Makın aktyorluq karyerası 2000-ci illərdə başlayıb. O, daha çox "Yeriyən ölülər" (“The Walking Dead”, 2010-2022) və "Çikaqo həkimləri" (Chicago Med, 2015-ci ildən indiyədək) seriallarındakı rolları ilə tanınıb. Aktrisanın son işi "Universal" (Universal, 2025) tammetrajlı filmində olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar