"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dollar azalıb.
Redaktor.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları, yaxud 2,05 % azalaraq 69,14 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Neftin qiymətini büdcə yox, axıdıldığı bazar müəyyən edir! Ölkəmizdən axıdılan xam neftin hasilatı beynəlxalq konsorsium, ya xarici şirkətin sərəncamında olduğundan daxili təsisatlar, dərin emal və digər sahələrin texnoloji tərəqqisi də, elə uzun illərdir həmin münasibət faktorundan (rıçaqdan) asılıdır?