Ru
10:59 / 06 Avqust 2025

Şahin Bağırov ixtisarlara başladı

Şahin Bağırov ixtisarlara başladı
Eye

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində ixtisarlar başlayır.

Bakupost.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq sərəncam imzalayıb.

8 iyul 2025-ci il tarixli Sərəncama əsasən, “Azərterminalkompleks” Birliyinin yeni strukturu və ştat cədvəli təsdiq edilib.

Sərəncama uyğun olaraq, 1 sentyabr 2025-ci il tarixindən etibarən yeni struktur qüvvəyə minəcək.

Bununla da struktur dəyişikliyi çərçivəsində bəzi vəzifələr ixtisar oluna bilər. Belə hallarda aidiyyəti vəzifələr üzrə əmək müqavilələrinin ləğv olunması qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyi qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar