Ru
09:41 / 06 Avqust 2025

Qısqanclığa görə arvadını döyənin cəzası AZALDILDI

Qısqanclığa görə arvadını döyənin cəzası AZALDILDI
Eye

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Pənah Behbudzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakupost.az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilib, Sabunçu Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona təyin edilmiş beş ay müddətə azadlıqdan məhrumetmə cəzası üç aya endirilib.

İttihama görə, hadisə 5 mart 2025-ci il tarixdə, saat 20 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Pənah Behbudzadə yaşadıqları evin qonaq otağında arvadı, zərərçəkmiş Maya Behbudzadə (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qəsdən yumruqla qadının üz və baş nahiyəsinə vurub, yerə yıxaraq ona yüngül zərər yetirib.

Hadisədən sonra Pənah Behbudzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, beş ay müddətə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbs olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar