Ru
09:14 / 06 Avqust 2025

Ermənistan hökuməti Vaşinqton görüşünü TƏSDİQLƏDİ

Ermənistan hökuməti Vaşinqton görüşünü TƏSDİQLƏDİ
Eye

Ermənistan hökuməti Vaşinqtonda üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Bağdarasyan bildirib.

O, qeyd edib ki, avqustun 7-8-də Ermənistan baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığını dərinləşdirmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar