Ru
21:03 / 05 Avqust 2025

Krım körpüsünü keçənlərə - XƏBƏRDARLIQ

Krım körpüsünü keçənlərə - XƏBƏRDARLIQ
Eye

Krım körpüsünü növbə gözləmədən keçən ruslar cərimələnə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, avqustun 4-də körpünün yaxınlığında dəhşətli tıxac yaranıb. Tıxacın uzunluğu 35 kilometr olub.

Telekanalın məlumatına görə, tıxacdan bezən bəzi sürücülər növbəni gözləmirlər. Bu da körpüdə tıxacın uzunluğunu daha da artırır.

Tıxacla mübarizə üçün körpüdə növbəni gözləmədən keçən sürücülərin cərimələnəcəyi, hətta lisenziyalarını itirmək təhlükəsi ilə üzləşəcəkləri bildirilir.

Bununla belə, yol xidməti əməkdaşları 35 kilometrlik dəhşətli tıxacın tədricən aradan qalxacağına inanırlar.

Onlar bunu, avqustun sonu - sentyabrın əvvəllərində rusların ənənəvi kütləvi köçü ilə əlaqələndirirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar