Ru
12:23 / 20 Dekabr 2025

12 dərəcə isti olacaq – Sabahın hava proqnozu açıqlanıb

12 dərəcə isti olacaq – Sabahın hava proqnozu açıqlanıb
Eye

Sabah (21 dekabr) gözlənilən hava proqnozu açıqlanıb.

Bakupost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar