Ru
10:15 / 18 Avqust 2025

15 yaşlı qızını nişanlayan ata danışdı - VİDEO

15 yaşlı qızını nişanlayan ata danışdı - VİDEO
Eye

15 yaşlı qızın nişanlanmasının qarşısı alınıb. Hadisə Şamaxının Muğanlı kəndində baş verib.

Məlumata görə, kənd sakini olan yeniyetmə qıza nişan mərasimi təşkil olunub. Hadisə barədə məlumat polisə daxil olduqdan sonra mərasim dayandırılıb.

Hər iki tərəfin valideynləri polis orqanına dəvət olunub, onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Qızın atası Zaur Fətəliyev bildirib ki, elçiliklə bağlı qanundan xəbərsiz olublar.//Xəzər TV



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar