İran-Azərbaycan sərhədində 1500-dən çox Rusiya yük maşını hərəkətsiz qalır. Sürücülər bir neçə gündür sərhədi keçə və səfirliklə əlaqə saxlaya bilmirlər.
Bakupost.az xəbər verir ki, avtomobillərin böyük hissəsi İranın Astara şəhərində gözləyir. İrana buğda və un daşıyan avtomobillər geri qayıdarkən tərəvəz və meyvə gətirirdilər. Sərhəd keçidində yaranmış problemlər dünəndən başlayıb. Buna səbəb İranın pilotsuz uçuş aparatı ilə Naxçıvan hava limanını vurması göstərilir.
Sürücülərin sözlərinə görə, iki gün ərzində (5-6 mart) təxminən 100 maşın sərhədi keçə bilib, qalanları gözləməyə məcbur qalıb. Maşın sahibləri gözləmə uzanarsa məhsullar xarab olacağından və milyonlarla rubl itki ilə üzləşəcəklərindən narahatdırlar.
Vəziyyətin mürəkkəbləşməsinin səbəbi həm də sürücülərin səfirliklə əlaqə saxlaya bilməməsi və mobil internetin söndürülməsidir. Bu isə vəziyyəti daha da çətinləşdirir.
Cavid, BakuPost