Rusiyanın Sankt-Peterburq şəhərinin Kalininski rayonunda yeniyetmə yanacaqdolurma məntəqəsində yanğın törədib.
"Bakupost" “Fontanki” nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı yeniyetmə sosial şəbəkədə qızla tanış olub. Həmin qız yeniyetmədən ictimai məkanların koordinatlarını göndərməsini istəyib.
Daha sonra yeniyetməni və ailəsini “Ukrayna zabitləri” təhdid edib və yanğını törətməsinə təşviq ediblər.
O, Kalininski rayonunun polis əməkdaşları tərəfindən saxlanılıb.