Ru
19:19 / 17 İyul 2026

Gəncədə qadın boşanmaq istəyən ərini avtomobillə vurdu

Gəncədə qadın boşanmaq istəyən ərini  avtomobillə vurdu
Eye

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşid Rəşidli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"Bakupost" Gencexeber.az-a istinadla xəbər verir ki, ona dərhal tibbi yardım göstərilib.

Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata əsasən, R.Rəşidlini həyat yoldaşı idarə etdiyi avtomobillə vurub.

İddialara görə, hadisəyə səbəb kişinin həyat yoldaşından boşanmaq istəməsi olub.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar