Futbol tarixində ilk dəfə olaraq, 2026-cı il Dünya Çempionatının qaliblərinə xüsusi çempionluq üzükləri təqdim ediləcək.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, FİFA bu tarixi hadisə üçün xüsusi olaraq simvolik sayda — cəmi 2026 ədəd çempionluq üzüyü hazırlatdırıb.
Üzüklərin böyük hissəsi hərraca çıxarılacaq.
Yaradılan eksklüziv kolleksiyanın paylanma şərtləri də artıq bəllidir:
Qaliblər üçün: Hazırlanmış üzüklərdən yalnız 30 ədədi builki dünya çempionatının qalibi olacaq komandanın üzvlərinə (futbolçular və məşqçi heyəti) təqdim ediləcək.
Kolleksionerlər üçün: Yerdə qalan üzüklər isə satışa buraxılacaq və xüsusi varlı alıcılar üçün təşkil olunacaq hərraclarda onlayn formata çıxarılacaq.
Qeyd edək ki, çempionluq üzüklərinin təqdim edilməsi ənənəsi bura qədər əsasən ABŞ-ın peşəkar idman liqalarında (NBA, NFL) tətbiq olunsa da, FİFA bu addımla dünya futbolu tarixinə yeni bir səhifə yazmış olacaq.