Ru
22:39 / 17 İyul 2026

Brent nefti bir aydan sonra ilk dəfə 88 dollar həddini keçdi

Brent nefti bir aydan sonra ilk dəfə 88 dollar həddini keçdi
Eye

Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun ICE birjasında iyunun 12-dən sonra ilk dəfə bir barel üçün 88 ABŞ dollarını keçib.


"Bakupost" xəbər verir ki, bu barədə Londonun ICE birjasındakı hərracların məlumatında bildirilib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 21:31-ə olan göstəriciyə görə, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 4,52 faiz artaraq bir barel üçün 88,04 ABŞ dollarına yüksəlib.

Lakin saat 21:36-da qiymət artım tempi bir qədər zəifləyib və Brent markalı neft bir barel üçün 87,74 ABŞ dolları səviyyəsində ticarət olunub. Bu isə əvvəlki göstərici ilə müqayisədə 4,17 faizlik artım deməkdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar