Ru
11:10 / 08 Noyabr 2018

- Binədəki qəzadan sonra / FOTOLAR 160-ın avtobusları dəyişdi

 - Binədəki qəzadan sonra / FOTOLAR 160-ın avtobusları dəyişdi
Eye

Paytaxtda 160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək.



Bakı Nəqliyyat Agentliyindən BakuPost-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans” MMC-yə həvalə edilib.



Qeyd edək ki, oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub. Avtobus hərəkətdə olan yük qatarının yoluna çıxıb. Bu zaman yük qatarı avtobusu vurub. Qəza nəticəsində 1 azyaşlı və 1 kişi ölüb, 40 nəfər xəsarət alıb.

 

 

 



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar